SHUSHA, Azerbaijan, June 14. The “Last Bell”
rang in Shusha city for the first time in 34 years today, Trend’s local
correspondent reports.
Eight students of Shusha City Secondary School No. 1 have become
graduates.
The “Last Bell” ceremony was attended by Aydin Karimov, Special
Representative of the President of the Republic of Azerbaijan in
Shusha district, Tural Novruzov, Executive Director of the Shusha
City State Reserve Department, Elnur Aliyev, Advisor to the
Ministry of Science and Education, Sanan Mansimli, Head of the
Karabakh Regional Education Department, heads of law enforcement
agencies, public representatives, school staff and parents.
The ceremony began with the playing of the national anthem and a
minute of silence in memory of the martyrs.
The speakers congratulated the graduates, wished them success,
and wished them to become worthy citizens of our state and a source
of pride for their families in the future. After that, the
graduates were presented with certificates.
The last time the “Last Bell” was celebrated in Shusha city was
in 1991. In the 2024–2025 academic year, about 200 students studied
at Shusha City Secondary School No. 1.
Stay up-to-date with more news on Trend News
Agency’s WhatsApp channel
————
34 il sonra Şuşada “Son zəng” çalınıb (FOTO)
Şuşa.Trend:
Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə olaraq “Son zəng”
çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun
adını qazanıb.
Trend-in yerli
müxbiri xəbər verir ki, “Son zəng” tədbirində Şuşa rayonunda
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın
Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru
Tural Novruzov, Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyev,
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli,
hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri,
məktəb kollektivi və valideynlər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxış edənlər məzunları təbrik edərək onlara uğurlar arzulayıb,
gələcəkdə dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün isə
fəxarət mənbəyi olmalarını diləyiblər. Ardınca məzunlara
attestatlar təqdim olunub.
Qeyd edək ki, Şuşa şəhərində sonuncu dəfə “Son zəng” 1991-ci
ildə qeyd olunub. 2024–2025-ci tədris ilində Şuşa şəhər 1 nömrəli
tam orta məktəbdə 200-ə yaxın şagird təhsil alıb, onlardan 8 nəfəri
bu il məzun olub.